Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Lənkəran rayonunun Aşağı Nüvədi kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Xolmili kənd sakini idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən, piyada Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 2000-ci il təvəllüdlü Böyükxanım Şaiq qızı Quliyevanı vurub. Yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Həkimlər B.Quliyevaya qapalı kəllə-beyin travması diaqnozu qoyub və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev