Argentina millisinin 37 yaşlı hücumçusu, “Barselona” və “PSJ”nin keçmiş oyunçusu, dünya çempionu və Amerika kubokunun qalibi Lionel Messi ona ən çox kimin təsir etdiyi haqda danışıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"Söhbət Qvardiola və Ronaldinyodan gedir. Düşünürəm ki, bunlardan ikisi var, lakin onlar müxtəlif səbəblərdən böyük təsir bağışladılar. Pep də uzun illər mənim məşqçim olub və biz xəyal belə edə bilmədiyimiz inanılmaz uğurlara imza atdıq. Ronaldinyo isə məni qəbul edib dəstəklədiyi üçün ilk vaxtlarda əsas komandada mənə çox kömək etdi. Andres İnyesta və Xavini də çox xatırlayıram. Həmçinin, hazırda Mayamidə mənimlə birgə oynayan Busket, Alba və Suaresin böyük rolu olub. Təbii ki, hamımızın çox darıxdığı Tito Vilanovanı ayrıca xatırlamaq lazımdır”, - deyə Messi açıqlayıb. 

Ağarza Elçinoğlu