"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun İstanbul klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Unikal" xəbər verir ki, mətbuat konfansında bu haqda danışan portuqaliyalı mütəxəssis həmyerlisinin onun komandasına gəlməyəcəyini deyib:

"Birinci səbəb odur ki, mənə hücumçu lazım deyil. Kriştiano həmişə Kriştianodur, amma ona ehtiyacım yoxdur. Çünki hücumçularımdan razıyam. Ronaldo Səudiyyə Ərəbistanında yaxşı pul qazanır və hədəfi 1000-ci qolu vurmaqdır. Onu Türkiyəyə gəlməyə İstanbulun gözəlliyindən başqa nə vadar edə bilərdi?"

Qeyd edək ki, daha əvvəl mətbuatda Mourinyonun Ronaldoya şəxsən zəng edərək onu “Fənərbaxça”ya dəvət etməsi ilə bağlı məlumatlar yayılmışdı.