Türkiyə Superliqasında yarışan “Adana Demirspor” komandası cəzalandırılıb.
"Unikal" xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyası qərar verib. Cəzanın verilməsinə səbəb Adana təmsilçisinin maliyyə öhdəliklərini yerinə yetirməməsidir. Klub ona verilən vaxtda yaranmış problemi həll edə bilməyib.
Bu səbəbdən TFF “Adana Demirspor”un 3 xalının silinməsinə qərar verib.
Qeyd edək ki, klub 13 oyundan 2 xalla Superliqada 18 komanda arasında sonuncu yeri tuturdu. Qərar qüvvəyə mindikdən sonra onların xalı -1 olacaq.