Amerikalı aktyor və prodüser, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Rusiya-Amerika humanitar əlaqələri üzrə xüsusi nümayəndəsi Stiven Siqal Donald Tramp dövründə ABŞ-nin Rusiya ilə münasibətləri ilə bağlı proqnoz verib.
"Unikal" xəbər verir ki, onun fikrincə, ABŞ-nin seçilmiş prezidenti Rusiya Federasiyası ilə münasibətlərin yaxşılaşmasına kömək edə bilər.
O, qeyd edib ki, hazırkı dövlət başçısı Co Bayden və dövlət katibi Antoni Blinken Rusiya ilə heç bir şəkildə və ya formada iş görmək istəmirlər.
"Tramp çətin ki belə düşünsün", - deyə Hollivud ulduzu deyib.
Aktyor onu da bildirib ki, bir çox amerikalı Rusiyanı sevir, ona hörmət edir və onunla sülh münasibətləri arzulayır.