"Bu yaxınlarda silahlı münaqişə ilə üzləşmiş bir regionun nümayəndəsi kimi çatdırmaq istədiyim mesaj budur: hərbi həll yolları davamlı deyil və bütün tərəflər siyasi həll yollarını tapmağa çalışmalıdırlar, siyasi həll yollarına sadiq qalmaq çox vacibdir". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan “Manama dialoqu” beynəlxalq forumu çərçivəsində panel müzakirələrində çıxışı zamanı deyib. 

"İcazə verin, bu müzakirəyə daha bir qat əlavə edim: biz əminik ki, bu, təkcə bizim regionda deyil, həm də bütün dünyada sülhün əldə edilməsinin əsas açarlarından biridir. Hökumətimiz sərhədlərinin bağlı olduğu iki qonşusu Azərbaycan və Türkiyə ilə əlavə qarşılıqlı əlaqələrin yaradılmasının regionda sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə inanır". 

Ağarza Elçinoğlu