Ərəb Dövlətləri Liqası Suriyaya qarşı sanksiyaları ləğv etməyə və onun xalqına dəstək verməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu haqda təşkilatın baş katibliyinin müvafiq bəyanatında deyilir.

“Ərəb Dövlətləri Liqasının Baş Katibliyi regional və beynəlxalq sabitliyə nail olmaqda maraqlı olan bütün tərəfləri sanksiyaların ləğvi də daxil olmaqla, bu çətin keçid dövründən keçməkdə Suriya xalqını dəstəkləməyə çağırır”, - deyə bəyanatda bildirilir.

Təşkilat qeyd edib ki, bu mərhələdə suriyalılardan tolerantlıq və dialoq anlayışlarına riayət etməyi tələb edir.