"Real Madrid"in sol cinah müdafiəçisi Ferlan Mendi zədələnib.
"Unikal" xəbər verir ki, 29 yaşlı müdafiəçi La Liqanın 17-ci turunda "Jirona" ilə oyunda (3:0) sıradan çıxıb. O, sağ ayaq əzələsindən zədə alıb. Mendi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Mendini 2019-cu ilin yayından "Real"da oynayır. Fransa millisinin üzvü bu mövsüm 17 matçda iştirak edib.