ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurila ABŞ-nin Suriyadakı hərbi bazalarında görüşlər keçirib. 

"Unikal" xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

"General Kurila bu gün Suriyadakı bir neçə hərbi bazada ABŞ hərbi komandirləri, hərbçiləri, eləcə də İŞİD qruplaşmasına, Suriya Demokratik Qüvvələrinə qarşı mübarizə aparan koalisiyadakı tərəfdaşlarla görüşüb", - məlumatda deyilir.

Kurilaya regionda sürətlə inkişaf edən vəziyyət, eləcə də İsrailin mövcud vəziyyətdən sui-istifadə etməsinin qarşısını almaq üçün görülən tədbirlər barədə məlumat verilib. 

Məlumatda bildirilir ki, general Suriyadakı hərbi bazaları ziyarət etdikdən sonra Bağdada gedib və orada İraq rəhbərliyi ilə danışıqlar aparıb. Tərəflər ikitərəfli əməkdaşlığın gücləndirilməsi və regional təhlükəsizliyi, Suriyada sürətlə dəyişən vəziyyət, eləcə də İraqda İŞİD-ə qarşı əməliyyatları müzakirə ediblər. 

Ağarza Elçinoğlu