“Qaradağ-Sumqayıt” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə 12.12.2024-cü il saat 10:00-dan “Müşfiqabad”, “Ceyranbatan” və “Pirəkəşkül” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.
"Unikal" xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, təmir-bərpa işləri aparılan müddətdə Abşeron rayonu üzrə Aşağı-Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Nübar, Müşfiqabad Qaçqınlar şəhərciyinin və 12 sənayə müəssisəsinin, Abşeron rayonu üzrə Ceyranbatan və Saray qəsəbələrinin, Çaylı-Qobustan yaşayış massivinin və 3 sənayə müəssisəsinin, Qaradağ rayonu üzrə isə Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin və 12 sənaye müəssisənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.