Türkiyəli aktrisa Şükran Ovalının yeni layihəsi bəlli olub.

"Unikal" xəbər verir ki, aktrisa "Yeni bir gün" serialında rol alacaq. O, "Özlem" obrazını canlandıracaq.

Qeyd edək ki, ekran işinin baş rollarını Ezgi Mola ilə Salih Bademci canlandıracaq.

Şükran son olaraq erkən final edən "Kalpazan" serialında çəkilib.