12 dekabr 2024-cü il tarixdə Ağdam rayonunda Ümummilli lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar xatirəsi anılıb.

"Unikal" xəbər verir ki, anım mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etmişlər.

İştirakçılar səhər saatlarından başlayaraq Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, ruhuna ehtiramlarını ifadə ediblər.

Eyni zamanda Rayon İcra Hakimiyyəti tərəfindən Çəmənli kəndində yerləşən Seyid Lazım Ağa ziyarətgahında və Xındırıstan kəndində yerləşən “Mətin” sarayında Ulu öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə ehsan süfrəsi təşkil olunub.