Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanın Milad günü Ukrayna ilə atəşkəs və əsir mübadiləsi təklifinə baxıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstan hökumət aparatının rəhbəri Qergey Quyyaş bildirib.
O xatırladıb ki, Orban Ukrayna münaqişəsi zonasında Milad atəşi rejiminin yaradılmasını və tərəflər arasında əsir mübadiləsinin aparılmasını təklif edib. Quyyaş qeyd edib ki, Macarıstanın baş naziri ilə telefon danışığı zamanı Rusiya prezidenti bu variantı nə qəbul edib, nə də rədd edib, sadəcə təklifi nəzərdən keçirib.
"Məqsədimiz Milad bayramının hərbi əməliyyatlarla pozulmamasını təmin etmək idi", - deyə aparat rəhbəri qeyd edib.