Türkiyəli aktyor Çağlar Ertuğrul örnək addımı ilə diqqət çəkib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Prens" serialının 3-cü mövsümündən alacağı qonorarın hamısını "Koruncuk" dərnəyinə bağışlayacağını bildirib.

Dərnək yaşamağa yeri olmayan azyaşlı uşaqları, qızları yaşamağa yer və təhsillə təmin edir.