“Son dövrlər Azərbaycan Respublikası tərəfindən beynəlxalq müqavilədə nəzərdə tutulan hallar nəzərə alınmaqla, ikili vətəndaşlıq tanınmır. Ancaq təəssüflər olsun ki, bir neçə vətəndaş müraciət edir ki, digər xarici ölkələrin vətəndaşıdır və orada xidmət keçiblər və biz də bunların vətəndaşlıq məsuliyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti prosedur qaydalarına riayət etməklə bunları müəyyənləşdiririk”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi, polkovnik Azər Babayev deyib.
“Qərar verilir ki, bunların vətəndaşlıq məsuliyyəti tanınsın. Bu qərardan sonra biz onları hərbi xidmətə cəlb edəndə böyük narazılığa səbəb olur. Deyirlər ki, xidmət keçmişəm, çağırışdan azad edilmişəm, iki uşağım var və s. Bu ondan doğan məsələdir. Biz burda bir anlayış da vermişik ki, doğulduğu anda hər iki valideynin Azərbaycan vətəndaşı olması istisna olmaqla. Burda hüquqi ilə yanaşı siyasi yanaşma da var. Yəni, hər iki valideyn Azərbaycan vətəndaşıdısa xidmət etməlidir. Lakin müraciət edirlər, sonradan Azərbaycan Respublikası vətəndaşları məsuliyyəti tanınandan sonra onların valideynlərinin bir çoxunun digər ölkə vətəndaşlığı olur. Kimsə müraciət edəndə anası rus, atası azərbaycanlıdırsa, onda günah olmur. İlkin olaraq onun siyasi bağlılığı həmin dövlətlədir. O doğulduğu ölkədə müddətli həqiqi xidməti keçməyə borcludur. Biz onu növbəti hərbi xidmət keçməyə çağırırıq və yenidən hərbi xidmətə cəlb edirik. Vətəndaş kimi onun iki dəfə hərbi xidmət keçməsi onun öz iradəsindən asılı olmur. Biz ona görə onlara azadetmə tətbiq etdik”, - deyə A.Babayev bildirib.
Anar Kəlbiyev