Dekabrın 1-də Cənub yarımkürəsində yayın gəlişi ilə Cənubi Afrika Respublikasının əksər ərazilərində misli görünməmiş istilər qeydə alınıb. 

"Unikal" xəbər verir ki,  bu barədə Cənubi Afrika Meteorologiya Xidməti məlumat yayıb. 

Məlumata görə, ölkənin bir sıra regionlarında tarixi temperatur maksimumları qeydə alınır. Belə ki, bu həftə Tvi-Rivyera şəhərində (Şərqi Keyp əyaləti) havanın temperaturu Selsi üzrə 45,9 dərəcəyə çatıb. İstilər artıq Cənubi Afrikanın ən böyük şəhərlərində elektrik şəbəkələrində və su borularında çoxsaylı nasazlıqlara səbəb olub.