“The New York Times” qəzeti “İlin ən dəbli məşhurları” siyahısını tərtib edib. Siyahıda istər gündəlik həyatda, istərsə də qırmızı xalçada istərsə də hər mühitdə öz üslubundan istifadə edərək diqqət çəkə bilən məşhurların adları yer alıb.
"Unikal" 2024-cü ilin ən dəbli tanınmışlarını təqdim edir:
1. Daniel Kreyq
"Ceyms Bond" obrazı ilə yadda qalan britaniyalı aktyor Daniel Kreyq moda dünyasının diqqətini çəkib.
2. Demi Mur
90-cı illərdə iz buraxan "Ghost" filmi ilə şöhrət qazanan Demi Mur sonuncu dəfə "The Substance" filmində çəkilib. Performansı ilə bəyənilən ulduz üslubu ilə də adından söz etdirir.
3. Adele
"Easy On Me", "Hello", "Someone Like You" və "Rolling in the Deep" hitləri ilə tanınan britaniyalı müğənni Adel Las-Veqasdakı konsertlərindəki çıxışları ilə üslubunu yeni səviyyəyə qaldırıb.
4.Colman Domingo
Emmi mükafatlı HBO serialı "Euphoria"da rol alan və "Sing Sing" filmi ilə Oskar yarışına qatılacağı gözlənilən aktyorun geyim üslubu stilistlər tərəfindən bəyənilir.
5. Zendaya
"Dune: Desert Planet Part 2" filminin ulduzu Zendaya stilisti Law Roach ilə qırmızı xalçada inanılmaz görünüşlər yaratmağa davam edir.
6.Chappell Roan
"Good Luck, Babe!" 2024-cü ildə mahnısı ilə iz buraxan Roan özünəməxsus üslubu ilə də bəyənmə qazanıb.
7. Sandra Hüller
Ötən il "The Zone of Interest" və "Anatomy of a Fall" filmləri ilə iz qoyan aktrisanın zərif və iddialı üslubu da tam qiymət alıb.
8. Cynthia Erivo və Ariana Grande
"Wcked" filminin ulduzları personajlarının geyinmə tərzindən ilhamlanaraq qırmızı xalçada dəbli görünüş əldə ediblər.
9. Beyonce
"Kovboy Karter" albomu ilə 2024-cü ildə iz buraxan və hər hərəkəti ilə gündəm olmağı bacaran Beyonce bu il də siyahıdadır!
10. Charli XCX
2024-cü ildə "Brat" adlı albomu ilə öz sözünü deyən britaniyalı müğənni təkcə mahnıları ilə deyil, üslubu ilə də çox danışılıb.
11. Radhika Tacir və Anant Ambani
Asiyanın ən zəngin iş adamı Mukeş Ambaninin kiçik oğlu Anant Ambani və Radhika Tacirin günlərlə davam edən şənliklərdəki üslubu da "The New York Times"ın siyahısına düşüb.
12. Nicola Coughlan
"Bridgerton" serialının ulduzu hər tədbirdə özünəməxsus üslubu ilə diqqət çəkməyi bacarıb.
Hazırladı: Gülayə Mecid