Suriya prezidenti Bəşər Əsəd ölkədən qaçmazdan əvvəl zabitləri toplayıb və Rusiyanın bu ölkəyə yardım edəcəyini bəyan edib.
"Unikal" xəbər verir ki, bu barədə zabitlərdən birinin sözlərinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, görüşdə Suriya Müdafiə Nazirliyində ordunun və təhlükəsizlik xidmətinin 30-a yaxın rəhbəri iştirak edib. Əsəd hərbçiləri Rusiyanın hərbi dəstəyinin yolda olduğuna inandırıb və quru qüvvələrini mövqelərini saxlamağa çağırıb.
Agentliyin həmsöhbəti qeyd edib ki, Əsəd ölkədən qaçmaq planlarını gizli saxlayıb və hətta elit 4-cü zirehli diviziyaya komandanlıq edən kiçik qardaşı Maher Əsədə də açıqlamayıb.
Eks-prezidentə yaxın mənbə bildirib ki, dekabrın 7-də iş gününün sonunda Əsəd köməkçisinə evə getdiyini desə də, bunun əvəzinə hava limanına yollanıb və oradan da Moskvaya uçub.