Gürcüstan prezidenti Salome Zurabişvili dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra Prezident Sarayını tərk etmək fikrində olmadığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, televiziya ilə çıxışı zamanı danışıb.

“Mən heç yerə getməyəcəyəm, məndən həmişə bu barədə soruşurlar”, - Zurabişvili deyib.

Gürcüstanda yeni prezident seçkiləri dekabrın 14-nə, andiçmə mərasimi isə dekabrın 29-na təyin edilib. Zurabişvili noyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımır.