Türkiyənin Dəməşqdəki səfirliyi sabahdan etibarən fəaliyyətə başlayacaq.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Suriyada indi dominant bir milli hökumət var. Onlar YPG-ni tanımırlar, başqa heç bir qüvvə tanımırlar. Öz torpağını, öz suverenliyini geri alır o hökumət. Səfir Burhan Koroğlu da başda olmaqla səfirliyin bütün nümayəndələri artıq Dəməşqə yola çıxıb", - deyə Fidan bildirib.