Kerç boğazında, sahildən 8 km uzaqlıqda qəzaya uğrayan "Volqoneft-212" tankerinin heyət üzvləri təxliyə edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 13 heyət üzvü təxliyə olunub, onlardan biri həyatını itirib.
XXX
14:57
13 ekipaj üzvü olan "Volqoneft 212" yük gəmisi Kerç boğazı ərazisində qəzaya uğrayıb və kömək istəyib.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli departamentinə istinadən məlumat yayıb.
Məlumata görə, Sankt-Peterburq limanında qeydiyyatda olan "Volqoneft 212" markalı mazut daşıyan gəmi qəzaya uğrayıb. Tankerin göyərtəsində təxminən 4300 ton mazut var. Onun yanına xilasedici gəmi göndərilib.
Kerç boğazında "Volqoneft 212" ilə yanaşı "Volqoneft 239" gəmisinin də qəza vəziyyətində olduğunu bildirilib. Məlumata görə, güclü dalğalar gəmiləri zədələyib.
Qeyd olunub ki, "Volqoneft 239" tankerinin 14 ekipaj üzvü var.