Milli Məclisin payız sessiyasında növbəti plenar iclası başlayıb.
"Unikal" xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib.
Toplantıda 2025-ci ilin dövlət büdcə zərfinə daxil olan məsələlər III oxunuşda müzakirə olunaraq qəbul ediləcək.
Qeyd edək ki, Baş nazir Əli Əsədov və hökumət üzvləri iclasda iştirak edirlər.
Anar Kəlbiyev