Rusiyadan sığınacaq almış keçmiş Suriya prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Donbassın bərpasına göndərilməli və bunun üçün ona Rusiya vətəndaşlığı verilməlidir.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının deputatı, Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Kuznetsov səsləndirib.
“Düşünürəm ki, Bəşər Əsəd, daha doğrusu onun ailəsi Donbassın hərbi əməliyyatlardan zərər çəkmiş rayonlarından birini nəzarətə götürüb Mariupoldakı yeni binalardan birində məskunlaşa bilər. Mən onun Rusiya xalqına xidmətdə özünü sübut etməsinin tərəfdarıyam, sonra Donbasın bərpasına verdiyi töhfəyə görə vətəndaşlıq məsələsinə baxıla bilər”, - deyə Kuznetsov bildirib.