"Qarabağın işğalı illərində dəymiş ziyan təxminən 150 milyard dollar təşkil edir".
"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
“Biz bu yaxınlarda vurulan zərərin təhlilini tamamladıq və bu, 150 milyard dollardan artıqdır", - dövlətimizin başçısı bildirib.
Prezident həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi və eyni zamanda İrəvanın silahlanması iki misilsiz siyasətdir: "Sülh müqaviləsi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki misilsiz kursdur".
Ağarza Elçinoğlu