Rusiya prezidenti Vladimir Putin “İlin yekunları”nda Suriyadakı hadisələrdən əsas faydalanan tərəfin İsrail olduğunu bildirib.
"Unikal" xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
"Suriyadakı hadisələrdən əsas faydalanan İsraildir", - deyə Putin bildirib.
Rusiya lideri qeyd edib ki, Rusiya Suriyanın yeni hakimiyyət orqanları ilə daim təmasdadır və ölkənin ərazi bütövlüyü məsələsində onları tam dəstəkləyir.
Fələstin probleminə toxunan Putin əlavə edib ki, vəziyyət Fələstin kimi dövlətin hələ də mövcud olmaması ilə mürəkkəbdir.
Gülayə Mecid