Böyük Britaniyanın baş naziri Keir Starmeri bıçaq emojisi ilə “hədələyən” Fələstinin HƏMAS qruplaşmasının tərəfdarı bir il müddətinə həbs edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı mühasib Məhəmməd Nafis Əhməd  "X" hesabını Qəzza və İsrail mövzusuna həsr edib 

Məlumata görə, o, ötən il dekabrın 8-də Hanukka bayramını qeyd edərkən, Leyboristlər lideri Starmerlə onlayn əlaqə saxlayıb və  ona “Sən sionistsən, sənin vaxtın gələcək” mesajını yazıb. 

Əhməd mesajının sonunda "bıçaq" emojisini əlavə edib. Hadisədən bir müddət sonra o saxlanılıb.  Təqsirləndirilən şəxs qadağan olunmuş terror təşkilatını dəstəkləməkdə səkkiz maddə üzrə təqsirli bilinib və  bir il müddətinə azadlıqdan məhrum edilib. 

Gülayə Mecid