Dekabrın 20-də səhər saatlarında Kiyevdə silsilə güclü partlayışlar baş verib. Hadisə şahidləri sosial şəbəkələrdə yanğınların başladığını bildirirlər.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri yazır.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yanğının Kiyev vilayətinin Borispol rayonundakı anbarlarda baş verdiyini təsdiqləyib. Yanğın sahəsi 15 min kvadratmetrdir.

"Bu barədə heç bir rəsmi məlumat yox idi, lakin yanğın və partlamanın parıltısı Ukrayna Silahlı Qüvvələri üçün döyüş sursatlarının çox güman ki, orada saxlandığını göstərir", - KİV yazır.