"Bəzi səfirlər Azərbaycanda diplomatik fəaliyyətlə yox, siyasi fəaliyyətlə məşğul olmağa başlayıblar. Öz sosial şəbəkələrində ayrı-ayrı fikirlər yazmaqla məşğuldurlar. Bunlara qarşə Xarici İşlər Nazirliyi tərəfindən lazımi addımlar atılır və daha kəskin şəkildə atılmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, Fransa səfiri özünü Hüqonun təbirincə desək, səfil kimi aparmağa başlayıb. Deputat qeyd edib ki, dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır:

"Azərbaycan bu gün təhlükəsizlik adasıdır. Bu adanı hamımız qorumalıyıq".

Spiker Sahibə Qafarova isə vurğulayıb ki, Xarici İşlər Nazirliyi heç vaxt olmadığı kimi sərt cavab verir və düz də edir.

Anar Kəlbiyev