Noyabrın 26-dan bəri İngiltərədə itkin düşən türk Prof. Dr. Orhan Ekrenin meyiti tapılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə professorun həyat yoldaşı Banu Erken məlumat paylaşıb.
O, türk akademikin cansız bədəninin Londondakı Regent kanalında tapıldığını açıqlayıb. Orhan Erkenin meyiti tibbi-ekspertizaya göndərilib.
O. Erken İngiltərədəki Cranfield Universitetində çalışırdı.