Nigeriyanın İbadan şəhərində məktəb yarmarkasında izdiham baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 35 uşaq həyatını itirib. 

Bildirilir ki, yarmarka 5 min uşaq üçün nəzərdə tutulub, lakin  gələn uşaqların sayı 7 mindən çox olub.  Oyo ştatının polisi hadisə ilə bağlı araşdırmalara başlayıb və tədbirin əsas təşkilatçılarını həbs edib.

Nigeriya prezidenti Bola Tinubunun həlak olanların ailələrinə başsağlığı verdiyi və əyalət hökumətini ictimai tədbirlərdə təhlükəsizlik tədbirlərini nəzərdən keçirməyə və gücləndirməyə çağırıb.