Slovakiyanın baş naziri Robert Fitso Kiyev Rusiya qazının öz ərazisindən tranzitinə icazə verməsə, Ukraynanı ciddi münaqişə ilə hədələyib.

"Unikal" xəbər verir ki, o, müvafiq nəşri "Facebook" sosial şəbəkəsində dərc edib.

"Zelenski qazımızı buraxmasa, ciddi münaqişə yarana bilər", - deyə siyasətçi yazıb.

Fitso vurğulayıb ki, Slovakiya Ukraynaya yardım edir və bunun müqabilində Kiyevin həmrəylik nümayiş etdirməsini istəyir.

Gülayə Mecid