Diaqnoz Tibb Mərkəzinin Tibb üzrə Fəlsəfə Doktoru Radioloq Aydın Mirzəyev Azərbaycan Nevrologiya Həftəsi çərçivəsində Azərbaycan nevroloqlarının VIII konfransında “Kəskin insult zamanı müayinə” və “Mielopatiyalar zamanı radiologiya” mövzularında çıxış edib.

"Unikal" xəbər verir ki, Azərbaycan nevroloqlarının VIII konfransı öz işinə başlayıb.

Azərbaycan Nevrologiya Həftəsi çərçivəsində Azərbaycan nevroloqlarının VIII konfransında açılış nitqi ilə Milli Nevroloqlar Assosiasiyasının prezidenti professor Rəna Şirəliyeva çıxış edib. Elmi konfransların keçirilməsinin artıq ənənəyə çevrildiyini diqqətə çatdıran R.Şirəliyeva bildirib ki, belə konfranslar həkimlərin nəzəri və praktik biliklərinin artırmağa, qarşılıqlı fikir mübadiləsi aparmağa kömək edir. 

Tədbirdə çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov və Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli və beynəlxalq təcrübəyə malik həkimlər iştirak edirlər.