Dövlət Dəniz və Liman Agentliyində (DDLA) Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasına (IACS) üzv olan və agentlik tərəfindən tanınmış təsnifat cəmiyyətlərinin nümayəndələri ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti, mülki dəniz donanmasında mövcud problemlər və onların həll yolları müzakirə edilib.

Həmçinin yeni hazırlanmış “Gəmilərə texniki nəzarət və şəhadətləndirmə üzrə fəaliyyət göstərən təşkilatların tanınması, səlahiyyətləndirilməsi, uçotu, onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydaları” haqqında məlumat verilib.

Eyni zamanda qaydaların müddəaları müzakirə olunub, təsnifat cəmiyyətlərinin nümayəndələrinin rəy və təklifləri dinlənilib.