Cəlilabadda qəza nəticəsində yaralı sayı 3-ə çatıb.
"Unikal"ın məlumatına görə, qəza nəticəsində Əqidə Fətəliyeva, Muxtar Zeynalov və Ceyhun Ağayev xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.
***
Cəlilabad rayonun Qarazəncir kəndi ərazisində avtomobil qəzası baş verib.
"Unikal"ın məlumatına görə, qəza köhnə Ələr-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, iki "Mersedes" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində hər iki sürücü yaralı halda xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev


















.jpg)


































