Son 5 ildə İrəvandan Bakıya və əksinə 66 reys həyata keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.
"Son beş il ərzində, 2020-ci ildən başlayaraq beynəlxalq nümayəndə heyətlərinin daşınması məqsədilə İrəvandan Bakıya və əks istiqamətdə 66 dövlət reysi həyata keçirili", - deyə nazirlik açıqlayıb.
Qeyd edək ki, 2024-cü il dekabrın 11-də beynəlxalq şirkətin sifarişi ilə İrəvandan Bakıya çarter reys həyata keçirilib.
Ağarza Elçinoğlu