Xəbər verdimiz kimi, ötən gün Aktau axınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədə olan 6 Qazaxıstan vətəndaşı həlak olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi təyyarə qəzasında həlak olan respublika vətəndaşlarının adlarını açıqlayıb.

Ölənlər arasında gənc diş həkimi Salima Djutayeva da var.

Məlumata görə,  29 yaşlı Salima Kostanayda diş həkimi işləyirmiş. Gənc qız sosial şəbəkədə aktiv istifadəçilərdənmiş. Onun sonuncu paylaşımı da Bakıdan olub. Belə ki, Salima "Instagram" hesabından Azərbaycan dilində "Sən yağışlı gündə günəş kimisən", - deyə paylaşım edib. 

Gülayə Mecid