Ukrayna Hərbi Hava Qüvvələri Rostov vilayətində ballistik raketlər üçün yanacaq istehsal edən zavodu vurub. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar Departamenti məlumat yayıb. 

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rostov vilayətinin Kamiansk-Şaxtınski şəhərindəki hərbi sənaye kompleksinin obyektinə yüksək dəqiqliklə zərbə endirib: "Rusiya bu obyektdən ballistik raketlərə bərk yanacaq istehsal etmək üçün istifadə edib. İşğalçılar bu raketlərdən Ukraynada mülki infrastruktura, o cümlədən xəstəxanalara, yaşayış binalarına və elektrik stansiyalarına hücum etmək üçün istifadə edirlər".

Ağarza Elçinoğlu