Ötən gün Bakı-Qroznı reysi ilə uçan "AZAL"ın sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən Hökumə Əliyevanın cənazəsinin bu gün gecə saatlarında Bakıya gətirilməsi nəzərdə tutulub.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Hökumə Əliyevanın xalası qızı Aysel Abdullayeva məlumat verib.
"Dünən bir neçə dəfə ona zəng etdim, cavab vermədi. Deyirlər ki, bu gün gecə saat 12-dən sonra cənazəsi təhvil veriləcək.
Hökumə ailəli idi. Övladı yox idi", - deyə A.Abdullayeva qeyd edib.
Seymur Əli