Hindistan hakimiyyəti ölkənin keçmiş baş naziri Manmohan Sinqhin vəfatı ilə əlaqədar 7 günlük matəm elan etmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Cənubi Asiya Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Mərhum hörmətli şəxsə ehtiram əlaməti olaraq, 26/12/2024-cü ildən 01/01/2025-ci il daxil olmaqla bütün Hindistanda yeddi günlük dövlət matəm elan ediləcək. Bu müddət ərzində bütün Hindistanda milli bayraq yarıya qədər endiriləcək və heç bir rəsmi əyləncə tədbirləri keçirilməyəcək”, - deyə departamentdən bildirilib.

Hakimiyyət də dəfn mərasiminin dövlət səviyyəsində keçirilməsinə qərar verib. Manmohan Sinq dekabrın 26-da 92 yaşında evindən huşsuz vəziyyətdə gətirildiyi təcili yardım otağında vəfat edib. 

Gülayə Mecid