Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin son operativ iclasında Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Xəzər regionunda beynəlxalq əməkdaşlıq və bəzi digər məsələləri müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bu gün biz sizinlə ən yaxın dostlarımız, həmkarlarımız, tərəfdaşlarımız, müttəfiqlərimizlə işin bir neçə məsələsini müzakirə edəcəyik və müzakirəyə Xəzər regionunda qarşılıqlı fəaliyyət məsələsindən başlayacağıq", - deyə Putin qeyd edib.
İclasda Baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının rəhbərləri Valentina Matvienko və Vyaçeslav Volodin, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Dövlət başçısınınköməkçisi Nikolay Patruşev və Putinin ətraf mühit üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.
Tədbir iştirakçıları arasında həmçinin federal idarə və xidmətlərin rəhbərləri - müdafiə naziri Andrey Belousov, daxili işlər naziri Vladimir Kolokoltsev, xarici işlər naziri Sergey Lavrov və FTX rəisi Aleksandr Bortnikov da olub.
Ağarza Elçinoğlu