İranın xarici işlər naziri Abbas Əraqçi Pekinə səfəri çərçivəsində çinli həmkarı Vanq Yi ilə görüşüb və danışıqlar aparıb.

"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat dərc edib. 

Görüşçərçivəsində Əraqçi bildirib ki, İran və Çin arasındakı münasibətlər iki ölkənin qədim sivilizasiyalarına söykənir. Əraqçi qeyd edib ki, qlobal və regional problemlərə görə İran və Çin arasında əməkdaşlıq və məsləhətləşmələr zəruridir.

İran və Çin, Əraqçinin sözlərinə görə, təkcə ikitərəfli və regional məsələlərdə deyil, həm də beynəlxalq arenada ümumi maraqları bölüşür.