Aktauda qəzaya uğrayan təyyarədən sağ çıxan Qırğızıstan vətəndaşı, 36 yaşlı Yerlan Cunisəliyev koma vəziyyətindən ayılıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Zərərçəkmiş bildirib ki, təyyarə qəzasından sonra qazaxıstanlı xilasedicilər hadisə yerinə gəliblər: "Əvvəlcə təyyarənin hara düşdüyünü belə bilmədik. Bu, böyük bir zərbə idi. Mən huşumu itirdim, ona görə də xilasedicilərin nə vaxt gəldiyini anlamadım. Hadisə yerinə gələn xilasedicilər dərhal zərərçəkmişlərin təhlükəsizlik kəmərlərini açıb və çıxarıblar. Onlardan hansı ölkə olduğunu soruşduq. “Biz qazaxıq” deyəndə ağladıq. Biz elə bilirdik ki, başqa ölkədəyik".
Ağarza Elçinoğlu