İsrailin "El Al" aviaşirkəti Təl-Əviv - Moskva (Domodedovo Hava Limanı) - Təl-Əviv marşrutu üzrə uçuşları 2025-ci ilin mart ayının sonunadək dayandırmaq qərarına gəlib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsi məlumat yayıb.

"Qərar vəziyyətin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edilib", - deyə məlumatda qeyd olunur. 

Dekabrın 26-da "El Al" AZAL-ın təyyarəsi qəzaya uğradıqdan sonra vəziyyəti qiymətləndirmək və uçuşların nə vaxt bərpa olunacağına dair qərar qəbul etmək üçün Moskvaya uçuşları bir həftəlik dayandırdığını açıqlayıb.