Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Moskvada saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. 

Məlumata görə, o, Ermənistan hüquq-mühafizə orqanlarının tələbi ilə beynəlxalq axtarışa verilib. Karapetyan “Sahibkarlıq fəaliyyətində qanunsuz iştirak”, “Vəzifə səlahiyyətlərindən sui-istifadə” kimi bir sıra cinayətlərdə ittiham olunur.

Arşak Karapetyan 2021-ci ildə Ermənistan Müdafiə Nazirliyinin rəhbəri vəzifəsində çalışsa da, bu vəzifədə cəmi bir neçə ay qalıb.