Suriyanın yeni hökuməti əvvəllər bu ölkənin Mərkəzi Bankı sədrinin birinci müavini vəzifəsini tutmuş Meysə Sabirinə bankın sədri işini həvalə edib.

"Unikal" xəbər verir ki, o, Suriya tarixində bu vəzifəni tutan ilk qadın olub.

M.Sabiri Mərkəzi Bankda karyerasına 2020-ci ilin noyabr ayından sədrin birinci müavini kimi başlayıb.

O, maliyyə və bank sahəsində 15 ildən çox təcrübəyə malikdir.