Mingəçevirdə 26 yaşlı gənc bıçaq xəsarəti alıb.
"Unikal"ın məlumatına görə, hadisə Sahil küçəsində baş verib. Belə ki, qarın nayihəsindən bıçaqla kəsik-deşik xəsarəti alan 1998-ci il təvəllüdlü şəhər sakini Məmmədli Ülvi Vüqar oğlu təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Yaralı ilk cavabında hadisənin guya sürüşmə və təsadüf nəticəsində baş verdiyini qeyd edib
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov