Türkiyə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 12 gün ərzində aparılan əməliyyat ölkənin 57 bölgəsini əhatə edib.
Ümumilikdə, İŞİD-ə üzv və terror təşkilatı ilə əlaqəli olmaqda şübhəli sayılan 536 nəfər saxlanılıb.