Slovakiya hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin Ukrayna üzrə sülh danışıqlarına hazır olduğunu görür və onlar üçün platforma yaratmağa hazırdır.

"Unikal" xəbər verir ki, bunu TASS-a açıqlamasında Avropa Parlamentinin üzvü, baş nazir Robert Fikonun “İstiqamət - Sosial Demokratiya” partiyasının beynəlxalq şöbəsinin rəhbəri Katarina Rot-Nevedyalova deyib.
"Mən bunu müsbət əlamət və Rusiyanın atəşi dayandırmağa, danışıqlara başlamağa və sülh yolu tapmağa hazır olması kimi qiymətləndirirəm. Biz yalnız bunu dəstəkləyə bilərik. 

"Biz həmişə münaqişəyə son qoymaq üçün danışıqlara və sülh prosesinə çağırmışıq. Hesab edirik ki, Aİ münaqişənin əvvəlindən vasitəçi kimi çıxış etməli idi", - siyasətçi əlavə edib.