Səudiyyə Ərəbistanında cəmi bir il yarım çıxış edən yarımmüdafiəçi Seko Fofana Fransaya qayıdır.

"Unikal" fanat-a istinadən xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. 

Mənbənin məlumatına görə, Fofana "Əl-Nəsr"i tərk edərək "Renn"ə keçir. Liqa 1 klubu 29 yaşlı fil dişi sahilinin transferi üçün 20 milyon avro ödəyəcək. O, klubu ilə 3,5 illik müqavilə imzalayacaq.

Fofananın tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün bu gün Fransaya gələcəyi gözlənilir.

Fofana 2023-cü ilin yayında 25 milyon avroya "Lens"dən "Əl-Nəsr"ə keçib. Lakin ötən ilin əvvəlindən icarə əsasında “Əl-İttifaq”da çıxış edir.

Xatırladaq ki , noyabrda məşhur argentinalı Xorxe Sampaoli “Renn”in baş məşqçisi təyin olunub. Komanda 15 turdan sonra Liqa 1-də 12-ci yerdə qərarlaşır.