Azərbaycan Liberal Partiyasınin onlayn qurultayı keçirilib. 

"Unikal" xəbər verir ki,  qurultay partiyanın Nizamnaməsinə əlavələr etmiş,  professor Lalə Şövkət xanımı ALP-nin lideri, Əvəz Temirxanı isə yenidən partiyanın sədri seçib.

Bundan başqa partiyanın 24 iyun 2024-cü ildə keçirilmiş Qurultayının ALP-nin fəaliyyətini "Siyasi partiyalar haqqında'" Qanunun 8.1. və 8.6. maddələri qaydasında 
dayandırmaq müddətini 31.12.2024-cu ildən başlayaraq 31.01.2029-cu ilədək,  ölkədə Milli Məclisə növbədənkənar deputat seçkiləri keçirildikdə isə dövlət orqanlarını həmin günü elan etdiyi günədək və ya növbəti Qurultayın partiya fəaliyyətini bərpa edilməsi haqqında təyin etdiyi günədək  uzadılması haqqında qərar qəbul edib.

Xatırladaq ki, partiya ötən ilin iyul ayında fəaliyyətini dayandırdığını bəyan etmişdi.